Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin" | Banco.az

Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"

Bu sözləri Dallas Mavericks basketbol komandasının sahibi və startapçılar üçün realiti-şou olan "Shark Tank"ın investoru olan Mark Kyuban bildirib.

Banco.az xəbər verir ki, o, banan almağı bitkoin almaqdan üstün tutur. Çünki onun fikrincə rəqəmsal valyutanın heç bir daxili dəyəri yoxdur.

Amerikalı sahibkar Mark Kyuban "YouTube" şou jurnala "Wired" texnologiyaları haqqında danışarkən deyib.

“Bitkoinlərin faydası daha azdır, nəinki bananın və beysbol kartlarının. Bananları yemək olar, kartlara baxmaq olar, bəs virtual valyutanın dəyəri nədir? Kriptovalyutalar planetin 99% əhalisi üçün çox qəliz anlayışdır” 

Ən sərfəli kredit üçün müraciət et

Kyubanbın sözlərinə görə, son 100 il ərzində hər yeni texnologiyanın ünvanına belə şərhlər səsləndirilir. Daha əvvəl də Kyuban Mark Zükerberqin Libra kriptovalyutasını yaratmaq qərarını təhlükəli ideya adlandırsa da malların tədarükünü izləməkdə blokçeynin faydasını etiraf etmişdir. Kyuban kriptovalyutaların əleyhinə olmadığını, lakin onları simvolik dəyərdən başqa bir şey hesab etmədiyini vurğulayıb.

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et