Milyarder Mark Kyuban ağıllı uşaq böyütməyin sirrini açıqladı | Banco.az

Milyarder Mark Kyuban ağıllı uşaq böyütməyin sirrini açıqladı

“Dallas Mavericks” basketbol komandasının sahibi və biznesmen Mark Kyuban (Mark Cuban) uşaqları pulla ərköyünləşdirməyin qəti əleyhinədir. O, hesab edir ki, uşaqlar bir şey istəyirsə, bir işə düzəlib özləri həmin şeyi almalıdırlar. Qeyd edək ki, 62 yaşlı milyarderin 10 yaşlı oğlu, 13 və 16 yaşında iki qızı var.

Image result for mark cuban and his family

“Mən onlara deyirəm: sizin sağlamlığınızdan sonra mənim üçün ən vacibi odur ki, sizi axmaq adlandırmasınlar”, — “STEVE on Watch” şousunda Mark Kyuban məşhur komediyaçı Stiv Harviyə (Steve Harvey) uşaqları ilə ünsiyyət haqqında danışarkən vurğulayıb. “Mən sizə çek yazıb verən deyiləm. Siz kredit kartını da elə-belə almayacaqsınız. İstədiyiniz hər şeyi ala bilməzsiniz”.

Kyuban deyir ki, əgər uşaqlar nəsə istəyirsə, özləri onu əldə etmək üçün səy göstərməlidir. “Yayda mənim 16 yaşlı qızım staj keçdi. O, yaxşı işlədi və öz pulunu qazandı. İndi o pulu ürəyi istəyən hər şeyə xərcləyə bilər”, — sahibkar söyləyib.

Həmçinin oxu: Müasir dövrün uşaqları hansı vərdişləri inkişaf etdirməlidir?

“Forbes” jurnalının qiymətləndirməsinə görə Kyubanın sərvəti 4,1 milyard dollar təşkil edir. Milyarder istəyir ki, onun uşaqları bunun həmişə belə olmadığını anlasınlar. O, qızlarına və oğluna danışır ki, uğurlu olmaq üçün çox çalışmalıdırlar.

Mark Kyuban Pittsburqda (Pensilvaniya ştatı) böyüyüb. Onun atası avtomobil salonları üçün üzlüklər və s. tikirdi, anası isə ailə büdcəsinə dəstək olmaq üçün eyni zamanda bir neçə işlə məşğul olurdu. “Elə də kasıb olmamışıq, möhkəm orta təbəqəyə daxil idik”, — Kyuban aydınlıq gətirir.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: "İşləyən anaların uşaqları daha uğurlu və qayğıkeşdir" – ARAŞDIRMA

20 yaşında ikən milyarderin bankda hesab açacaq qədər belə pulu yox idi. O, bir mənzildə 5 yoldaşı ilə birgə qalırdı. Yaşayış yerinə görə aylıq 600 dollar ödəyirdilər. Hətta bəzən Kyuban yerdə yatmalı olurmuş.

1990-cı ildə sahibkar ilk şirkəti olan “MicroSolutions”-ı 6 milyon dollara satdı və 32 yaşında milyonçu oldu. Bir neçə il sonra isə “Audionet”-i (sonradan “Broadcast.com” adlandırıldı) təsis etdi.

1999-cu ildə 40 yaşlı sahibkar “Yahoo”-nu 5,7 milyard dollara satdıqdan sonra milyarder statusu qazandı.

Kyuban uşaqlıq xatirələrindən bəhs edir: “Fikirləşirdilər ki, mən gedib zavodda işləyə bilərəm. Anam istəyirdi ki, xalça döşəməyi öyrənim. O, mənim gələcəyimdən nigaran idi. Heç kəs mənə dair böyük ümidlər bəsləmirdi”.

Mark Kyuban maraqlı düşüncə tərzi ilə seçilən zəngin insanlardandır. Daha əvvəl o, biznesmenlərin ən böyük səhvini açıqlamışdı. Kyubanın fikrincə, sürətli inkişaf məqsədi ilə maliyyələşdirmə dalınca qaçmağa dəyməz.

Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin"

Nigar Umaxanlı, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et