Fransanın Brittani bölgəsində yerləşən 0,93 hektarlıq bu ada Morbian körfəzinin sularında yerləşir. Ada dəniz məhsulları ilə məşhur olan La Trinite-sur-mer limanından qayıqla beş dəqiqəlik məsafədə yerləşir.
Adadakı əsas iqamətgah 1870-ci illərdə yerli daşdan inşa edilmişdir. Evdə dörd yataq otağı, mətbəx,
yemək otağı, qonaq otağı və daş kamin var.
Morbian körfəzi – dənizə səpələnmiş 40 kiçik adadan ibarət, 21 km uzunluğunda və 5 km enliliyində təbii limandır. İstiridye fermaları, kiçik limanlar və quş qoruqları körfəzi turizm cəhətdən cəlbedici edir. Adanın satışı ilə məşğul olan Leggett Prestige şirkətinin nümayəndələri ekoloji təmiz mühiti də xüsusi vurğulayırlar.
Qeyd edək ki, ada 3,78 milyon avroya satılır.
Nigar Umaxanlı, Banco.az