Müəllif: Tamara Mustafayeva, Banco.az
İsrail ABŞ-nin 4 milyard dollarlıq hərbi yardımı dayandıracağını təsdiqləyib.
Banco.az xəbər verir ki, İsrail Baş nazirinin Ofisi ABŞ Prezidenti Donald Trampın İsrailə illik təxminən 4 milyard dollarlıq hərbi yardımı dayandıracağını açıqlamasından sonra Baş nazirin sözçüsü Doron Şpilmanın “Fox News”a verdiyi müsahibəni “X” hesabında paylaşıb.
Trampın açıqlamasından bir neçə gün sonra İsrail hökuməti adından ABŞ-nin 4 milyard dollarlıq hərbi yardımının dayandırılacağını ilk dəfə təsdiqləyən Şpilman İsrailin bu yardımdan həm özünü müdafiə etmək, həm də ABŞ və digər Qərb ölkələrinin düşmənləri ilə mübarizə aparmaq üçün istifadə etdiyini bildirib.
Şpilman İsrailin güclü və sabit iqtisadiyyata malik olduğunu iddia edərək Tramp və Netanyahu administrasiyalarının münasibətlərdə ABŞ-nin İsrailə yardım göstərdiyi mərhələdən iki ölkə arasında tərəfdaşlıq mərhələsinə keçdiyini vurğulayıb.
Bizi sosial şəbəkələrdən izləyin!!
