Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 9%-dən çox artıb | Banco.az

Milli Ödəniş Sistemi ilə əməliyyatların ümumi dəyəri 9%-dən çox artıb

Müəllif:Gülnar Əhmədli ,Banco.az

Bu ilin yanvar-sentyabr aylarında Milli Ödəniş Sistemləri ilə 590 milyard manatlıq əməliyyat aparılıb.

Bu, 2024-cü ilin analoji dövrü ilə müqayisədə 9.4% çoxdur.

Banco.az xəbər verir ki, bunu IX Bankçılıq Forumunda çıxışı zamanı Azərbaycan Banklar Assosiasiyasının (ABA) prezidenti Zakir Nuriyev deyib.

Onun sözlərinə görə, eyni dövrdə ödəniş kartları ilə ölkə daxilində aparılan ödəniş əməliyyatlarının həcmi isə 72.2 mlrd. manat təşkil edib. Bu da ötən ilin 3-cü rübünə nisbətə 29.1% çoxdur. 

"Bu sürətli artım nağdsız ödənişlərin ümumi ödənişlərdəki payını da 4 faiz bəndi yüksəldərək 67.4%-ə çatdırıb", - o qeyd edib.