Milli Məclis 2022-ci il dövlət büdcəsinin icrası haqqında layihəni qəbul edib | Banco.az

Milli Məclis 2022-ci il dövlət büdcəsinin icrası haqqında layihəni qəbul edib

“Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” Azərbaycan Respublikası qanununun layihəsi üçüncü oxunuşda qəbul edilib.

Layihə Milli Məclisin bu gün keçirilən növbədənkənar iclasında müzakirəyə çıxarılıb.

Müzakirələrdən sonra layihə səsverməyə qoyularaq qəbul edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin gəlirləri 30 milyard 679 milyon 646,4 min manat, xərcləri 32 milyard 64 milyon 568,0 min manat məbləğində olmaqla qəbul edilib.

trend

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram