Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.1 mlrd. manatı ötüb | Banco.az

Mikro sahibkarlara verilən kreditlərin həcmi 3.1 mlrd. manatı ötüb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda kredit təşkilatlarının bizneslərə verdiyi kreditlərin həcmi bu il yanvar ayının 1-i tarixinə 14 milyard 787 milyon manat təşkil edib.  

Banco.az Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu, 1 ay əvvəllə müqayisədə 0,3% çoxdur. 

Hesabata görə, cəmi biznes kreditləri portfelinin 374,8 mln. manatı və ya 2,5%-i qeyri-işlək kreditlər olub.

Biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsünə görə, kreditlərin 8 mlrd. 297 mln. manatı iri sahibkarlığa, 1 mlrd. 834 mln. manatı orta sahibkarlığa, 1 mlrd. 548 mln. manatı kiçik sahibkarlığa, 3 mlrd. 107 mln. manatı isə mikro sahibkarlığa verilib. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram