"Meta" səhmlərinin qiyməti 6 ilin ən aşağı səviyyəsinə düşüb | Banco.az

"Meta" səhmlərinin qiyməti 6 ilin ən aşağı səviyyəsinə düşüb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Meta” səhmləri balans hesabatından sonrakı ilk ticarət günü kəskin ucuzlaşıb.

Banco.az xəbər verir ki, “Facebook”, “Whatsapp” və “Instagram” kimi böyük sosial media platformalarını özündə birləşdirən “Meta” şirkəti dünən açıqladığı balans hesabatının ardınca birjalarda dəyər itkisi ilə üzləşib.

Səhmlər açılışda 25 faiz ucuzlaşaraq 2016-cı ildən bəri ən aşağı səviyyəyə çatıb. Şirkətin ümumi bazar dəyəri də il ərzində 677 milyard dollar ucuzlaşıb.

Xatırladaq ki, “Meta” dünənki hesabatında zəif reklam bazarı və iqtisadi ləngimə səbəbindən ilin son rübündə 30-32,5 milyard dollar gəlir gözlədiyini açıqlamışdı. Bu proqnozdan sonra fyuçers bazarında səhmlər 12 faiz dəyər itirməklə şirkət səhmlərinin illik itkisini də 55 faizə çatdırıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram