“Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək | Banco.az

“Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans keçiriləcək

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM), Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Bank Tədris Mərkəzi ilə birlikdə “Məsuliyyətli kreditləşmə siyasəti: Cari vəziyyət və inkişaf perspektivləri” mövzusunda konfrans təşkil edəcəkdir.

Konfransda İİTKM-nin içracı direktoru Vüsal Qasımlı, UNEC-in rektoru Ədalət Muradov, Mərkəzi Bankın Baş direktoru Toğrul Əliyev açılış nitqi ilə çıxış edəcəklər. Daha sonra Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev “İstehlak krediti üzrə izafi borclanma: risklər və onların minimallaşdırılması yolları” mövzusunda təqdimat edəcəkdir.

Tədbirin moderatoru Azərbaycan Bank Tədris Mərkəzinin direktoru Cavanşir Abdullayev olacaqdır. Konfrans 2020-ci il sentyabr ayının 24-də saat 11:00-da başlayacaq və zoom platforması üzərindən aparılacaq.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et