Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb | Banco.az

Məsafədən iş və saatlıq əməkhaqqına dair qanun layihələrinin hökumətə təqdim edilməsinə başlanıb

Azərbaycanda Əmək Məcəlləsində məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaların və sair məsələləri nəzərdə tutulan dəyişikliklərlə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib.

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən  bildirilib.

Qeyd edilib ki, normativ hüquqi aktların layihələri aidiyyəti dövlət orqanları ilə razılaşdırıldıqdan sonra Nazirlik tərəfindən Nazirlər Kabinetinə təqdim olunur. Əmək Məcəlləsində dəyişiklik edilməsi ilə bağlı qanun layihələrinin bir hissəsi də müvafiq qurumlarla razılaşdırılaraq Nazirlər Kabinetinə təqdim edilib və bir qismi isə müvafiq qurumlarla razılaşdırılma mərhələsindədir. Təqdim edilmiş layihələrə hazırda baxılmaqdadır: “Layihələrlə bağlı yeniliklər olduqda ictimaiyyətə əlavə məlumat veriləcək”.

Qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev çıxışında demişdi ki, Azərbaycanda Əmək Məcəlləsində 200-ə yaxın dəyişikliklər üzərində iş aparılır. Bu dəyişikliklər əsasən məsafədən işin tənzimlənməsi, saatlıq əməkhaqqı sisteminin tətbiqi, bərabər dəyərli əməyə görə bərabər əməkhaqqının ödənilməsi, ailə üzvləri olan işçilərə və qadınlara ayrı-seçkiliyin aradan qaldırılması ilə bağlı müddəaları və sair məsələləri nəzərdə tutur.

apa