2018-ci ildə makroiqtisadi sabitliyin təmin edilməsi üçün Azərbaycan Mərkəzi Bankının (AMB) Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) transferlərinə ehtiyacı olmayıb.
Bu barədə tənzimləyici qurumun maliyyə hesabatından məlum olur.
Xatırladaq ki, 2017-ci ildə ARDNF-dən AMB-yə transferlərin məbləği 3 milyard 949 milyon 485 min manat təşkil edib. Əvvəlki ili 3 milyard 513 milyon 453 min manat mənfəətlə başa vuran AMB ötən ildən 60 milyon 316 min manat zərərlə çıxıb. Ətraflı: Azərbaycan Mərkəzi Bankı ötən ili zərərlə başa vurub
Report.az