Mərkəzi bankın yeni portalı istifadəyə verildi | Banco.az

Mərkəzi bankın yeni portalı istifadəyə verildi

Banco.az xəbər verir ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkədə maliyyə savadlılığının artırılması məqsədi ilə hazırladığı Maliyyə savadlılığı portalını istifadəyə verilib.

Portal əhalinin müasir maliyyə alətlərindən istifadə üzrə biliklərinin artırılması, nəticədə onlarda rasional maliyyə davranışlarının inkişaf etdirilməsi və yığım mədəniyyətinin formalaşdırılmasına xidmət edəcək.

Qeyd edək ki, portalda iqtisadiyyat və maliyyə sahəsindən maarifləndirici xarakterli materiallar, bank xidmətləri və mərkəzi bankçılığa dair izahedici animasiyalar, iqtisadi məzmunlu oyunlar, virtual muzey və məktəblilər üçün rubrikalar yer alıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla yanaşı portal texniki cəhətdən rahat və müasir istifadə imkanlarına malikdir. Belə ki, istənilən mobil cihazlar vasitəsilə portaldakı məlumatlarla tanış olmaq mümkündür. Portaldan www.bizimpullar.az elektron səhifəsi vasitəsilə faydalanmaq olar.

Ən sərfəli krediti almaq üçün müraciət et