Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin növbəti nömrəsi | Banco.az

Mərkəzi Bankın “Tədqiqat bülleteni”nin növbəti nömrəsi

Mərkəzi Bankın elektron nəşri olan rüblük “Tədqiqat bülleteni”nin 2014-cü il üzrə üçüncü nömrəsi Mərkəzi Bankın internet səhifəsində yerləşdirilmişdir.

Bülletendə III rübdə dünya iqtisadiyyatında baş verən iqtisadi proseslərin icmalı verilmiş, qlobal bazarlarda vəziyyət və aparılan iqtisadi siyasətlər əks olunmuşdur.

Burada həmçinin modelləşdirmə və proqnozlaşdırma üzrə mərkəzi bankların təcrübəsi, inkişaf iqtisadiyyatı və qlobal maliyyə sistemi üzrə son tədqiqatların nəticələri verilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bülletenin maliyyə savadlığı bölməsində maliyyə savadlığının iqtisadi idarəetmədə rolu təhlil edilmişdir.

Bülletenin fundamental tədqiqatlar bölməsində isə Mərkəzi Bankda aparılan son tədqiqat işləri haqqında məlumat verilmişdir.

Tədqiqat bülleteni N-3,2014

Ən sərfəli krediti almaq üçün müraciət et