14 fevral 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50300579S dövlət qeydiyyat nömrəli, 50 mln manat həcmində, 168 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 12 investor tərəfindən qiymət intervalı 97.056 AZN (6.49%) və 98.3930 AZN (3.49%) olan 16 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 193,893,200.00
AZN olmuşdur.
AMB-nin qərarına əsasən notların kəsmə qiyməti 98.258 AZN (3.79%), orta ölçülmüş qiyməti 98.2625 AZN (3.79%) müəyyən edilmişdir. Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi
50 000 000.00 AZN təşkil etmişdir.
Notların ödəmə tarixi 03.08.2020