Mərkəzi Bankda qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib | Banco.az

Mərkəzi Bankda qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib

Azərbaycan Mərkəzi Bankında (AMB) qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri müzakirə edilib.

Bu barədə AMB-nin sədri Taleh Kazımov məlumat verib.

"Mərkəzi Bankda ölkədə fəaliyyət göstərən banklarının rəhbərləri ilə növbəti görüşümüz oldu. Görüşdə son makroiqtisadi meyillər və proqnozlar, həmçinin 2022-ci il üzrə bank sektorunun yekunlarına dair təqdimatlar keçirildi.

Təqdimatlar zamanı qlobal makroiqtisadi proseslər, inflyasiya ,faiz dəhlizinin parametrlərinin pul bazarına təsiri, eyni zamanda bank sektoru üzrə 2022-ci ilin nəticələri, son qlobal iqtisadi meyillərin maliyyə-bank sektoruna təsirləri və digər aktual məsələlər müzakirə edildi", - T. Kazımov qeyd edib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et