Mərkəzi Bank valyuta mübadiləsində maksimal məbləğlə bağlı göstəriş verib | Banco.az

Mərkəzi Bank valyuta mübadiləsində maksimal məbləğlə bağlı göstəriş verib

Azərbaycan Mərkəzi Bankından (AMB) ölkədə fəaliyyət göstərən banklara valyuta bazarındakı ajiotajı aradan qaldırmaq üçün məktub daxil olub.

Banco.az  "APA-Economics"ə istinadən xəbər verir ki, AMB banklara valyuta mübadiləsini bərpa etməyi tapşırıb. Lakin məktubda AMB valyuta mübadiləsinə limitin tətbiq edilməsini tövsiyə edib.

Maksimum limit hər nəfərə 1000 dollar səviyyəsində müəyyənləşib.

“Mərkəzi Bank məktubda bildirib ki, bankların xarici valyuta ilə təminatında heç bir problem yaşanmayacaq. Bu addım valyuta bazarında spekulyasiyaların, əhali arasında isə ajiotajın aradan qaldırılmasına hesablanıb”, - deyə mənbə bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı əhalinin nəzərinə çatdırır ki, qarşıdakı bayram günlərində milli valyutanın məzənnəsi ilə bağlı yarana biləcək hər hansı spekulyativ xarakterli məlumatlara və şaiyələrə inanmasınlar.

Mərkəzi Bank tərəfindən müəyyən edilmiş yeni məzənnə siyasəti rejiminə uyğun olaraq tələb və təklif nəzərə alınmaqla manatın ABŞ dollarına nisbətən rəsmi məzənnəsi 05 yanvar 2016-cı il tarixi üçün 1.5610 müəyyənləşdirilib.

Məlumat üçün bildirilir ki, bayramqabağı günlərdə Mərkəzi Bank tərəfindən bankların valyutaya olan ehtiyacları keçirilmiş hərraclar vasitəsilə kifayət həcmdə təmin edilib.