Prezident İlham Əliyevin bu il fevralın 28-də imzaladığı “Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmana əsasən, Azərbaycan Mərkəzi Bankı yerli banklara 215 milyon ABŞ dolları dəyərinə qədər, xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla istiqrazlar satmağa hazırdır.
Bu barədə qurumdan bildirilib.
Məlumatda deyilir ki, dollar kreditlərinin manata çevrilməsindən sonra bankların valyuta mövqeyini qorumaq üçün nəzərdə tutulmuş qiymətli kağızlar artıq dövlət qeydiyyatına alınıb və banklardan müraciətlər daxil olduqca onlara satılacaq. Hələ ki, belə bir müraciət olmayıb.
Report.az