Mərkəzi Bank aylıq məlumatları niyə açıqlamır?- TƏHLİL | Banco.az

Mərkəzi Bank aylıq məlumatları niyə açıqlamır?- TƏHLİL

Rusiya rublunun təxminən 3 illik kəskin qalxıb-enmələrdən sonra nəinki sabitləşdiyi, hətta aparıcı dünya valyutaları qarşısında dəyər qazanması göz önündədi. 

Üzən məzənnə rejimində niyə rublun özünü rahat hiss etməsinin səbəbini Rusiyanın tədiyyə balansının hazırkı durumu izah edir. Bizdən fərqli olaraq Rusiyada illik tədiyyə balansı il bitəndən maksimum 20 gün sonra, aylıq tədiyə balansını isə ay bitəndən 10-15 gün sonra açıqlanır. Bizim Mərkəzi Bank isə aylıq məlumatları ümumiyyətlə açıqlamır, illik məlumatı isə il bitəndən 3 ay sonra açıqlayır. 

İqtisadçı ekspert Rövşən Ağayev bildirib ki, 2016-cı ilin nəticələrinə görə, Rusiya tədiyyə balansının ümumi müsbət saldosu 15 mlrd. dollar olub. 2017-ci ilin yanvarı nəticələrinə görə isə tədiyə balansının ümumi müsbət saldosu 6.5 mlrd. dollar təşkil edib. 

2015-ci ildə Rusiyadan kapital axını 153 mlrd. USD olmuşdu, 2016-cı ildə 15 mlrd. USD-yə düşüb.

Göründüyü ki, neftin 41-42 dollar qiyməti şəraitində Rusiya tədiyyə balansında yüksək profisit yaranır və hətta 35 dollarlıq həddədək tədiyə balansı kəsirsiz ötüşə bilər. İki səbəb var: idxalıəvəzləyən istehsal artır və ən əsas kapital axınını 10 dəfəyədək azaltmaq mümkün olub. 

Azərbaycanda isə illik məlumat açıqlanmayıb, amma 9 ayın nəticəsinə görə tədiyyə balansınının mənfi saldosu 1.2 mlrd. USD-yə yaxın olub. Hesablamlara göstərir ki, indiki iqtisadi şərtlər daxilində (qeyri-neft əmtəə-xidmət ixracının sabit qaldığı şəraitdə) Azərbaycanın tədiyə balansının defisitsiz olması üçün neftin qiymətinin 60-65 dollardan aşağı olmaması lazımdır. Ya da Rusiyada olduğu kimi Azərbaycanda neftin 35-40 dolar səviyyəsinədə tədiyyə balansının kəsirsiz olması üçün qeyri-neft əmtəə-xidmət ixracından daxilolmaların səviyyəsini hazırkı 5 mlrd. USD-dən 10 mlrd. USD-yə qədər genişləndirmək lazımdır.

Ən sərfəli kredit üçün müraciət et

Yeri gəlmişkən, neftin 52-53 dollarlıq səviyyəsində Rusiya hökuməti valyuta bazarına alış yönümlü müdaxilə hesabına hər ay valyuta ehtiyatlarını təxminən 1.8 mlrd -2 mlrd. USD artırmaq imkanı qazanıb. Təhlillərə əsasən deyə bilərəm ki, Azərbaycanda isə Mərkəzi Bankın alış yönümlü müdaxiləsi üçün neftin qiymətinin 70 dollara çatması lazımdır.

Rusiya hökuməti rublun hazırkı səviyyədən (59 rubl=1 USD) sonra bahalanmsında maraqlı deyil. Çünki rublun bundan sonrakı bahalanması əvvəla hökumətə valyuta ehtiyatlarını artırmağa imkan vermir, ikinicisi isə ucuz neft şəraitində büdcə öhdəliklərini icra etmək üçün daha çox valyuta xərcləməli olur. 

Nəzərə alaq ki, neftin ilk uzulaşma dövründə (2014-cü ilin yayında ) 1 barrel neftin qiyməti 103-104 USD, 36 rubl=1 USD idi. Yəni 1 barrel neftin ekvivalenti 3700 rubl idi. Hazırda isə 1 barrel neftin ekvivalenti 3200 rubldur. Bu səbəbdən Rusiya hökuməti neftin neftin qiymətinin hazırkı səviyyəsində rublun daha da bahalanmasında maraqlı deyil.

Öz növbəsində, rublun bundan sonra möhkəmlənməsi Rusiyanın həm idxalıəvəzləyən, həm də ixraca yönəlik siyasətinə ağır zərbədir.
Manat və rublun taleyini müzakirə və müqayisə edəndə bu faktlara diqqət yetirmək gərəklidir.

Ən sərfəli krediti almaq üçün müraciət et