Azərbaycan Mərkəzi Bankı (AMB) sentyabrın 5-də 50 milyon manatın cəlb edilməsi üzrə növbəti depozit hərracı keçirəcək.
Banco.az AMB-nin saytına istinadən verdiyi məlumata görə, hərrac “Bloomberg” ticarət platformasında keçiriləcək.
Depozitlər üzrə faiz dərəcəsi 4,01-9,49% arasında dəyişəcək, vəsaitlərin yerləşdirmə müddəti 28 gündür.