“McDonald's” Avropa İttifaqında “Big Mac” ticarət nişanından istifadə hüququnu itirdi | Banco.az

“McDonald's” Avropa İttifaqında “Big Mac” ticarət nişanından istifadə hüququnu itirdi

Müəllif:Ayşən İmanova/Banco.az

ABŞ-ın dünyaca məşhur fast-food şəbəkəsi “McDonalds” ilə İrlandiyada yerləşən “Supermac” fast-food şəbəkəsi arasında ticarət nişanı məsələsində qərar verilib.

Banco.az xəbər verir ki, Avropa İttifaqının Baş Məhkəməsinin qərarına əsasən, “McDonald's” Avropada “BigMac” ticarət nişanından istifadə hüququnu qismən itirəcək.

Məhkəmənin qərarında qeyd edilir ki, “McDonald's” bu ticarət nişanından beş il ərzində Avropa İttifaqında müəyyən mal və xidmətlər üçün həqiqi davamlı istifadəni sübut edə bilməyib.

“McDonald's” nümayəndələri hələlik bu qərarı şərh etməyiblər. Qərardan Avropanın ən yüksək məhkəməsi olan Avropa Birliyinin Ədalət Məhkəməsinə şikayət verilə bilər.

Qeyd edək ki, “McDonald's” səhmləri çərşənbə günü bazar əvvəli ticarətdə 0,3% ucuzlaşıb. Bu ilin əvvəlindən onların dəyəri 11,4% azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram