"Mastercard" görmə məhdudiyyətli şəxslər üçün kart buraxacaq | Banco.az

"Mastercard" görmə məhdudiyyətli şəxslər üçün kart buraxacaq

Tamara Mustafayeva, Banco.az

"Mastercard" görmə məhdudiyyətli şəxslər üçün "Touch Card" adlı yeni plastik kart dizayn edib.

Banco.az xarici mətbuata istinadla xəbər verir ki, ABŞ-ın transmilli maliyyə xidmətləri şirkəti "Mastercard" yeni buraxacağı "Touch Card" ilə istehlakçıların lazımi kartdan düzgün formada istifadəsini təmin etmək üçün kartın yan tərəfində "çərtik (nişan)" sistemi təchiz edib. Bu funksiyaya sahib olan kredit kartlarının kənarında dəyirmi çərtik, debet kartlarda geniş kvadrat çərtik, əvvəlcədən ödənilmiş kartların kənarında isə üçbucaq çərtik dizayn edilib.

Marka səsini dünyanın hər yerindəki POS terminallarda və kassa aparatlarında qeydiyyatdan keçirən "Mastercard" başda görmə məhdudiyyətli şəxslər olmaqla, bütün istifadəçilərin sözügedən kartdan asanlıqla istifadə edə biləcəklərini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et