Mask “X”in bu ölkədəki ofisini bağlamaq qərarına gəlib | Banco.az

Mask “X”in bu ölkədəki ofisini bağlamaq qərarına gəlib

Müəllif:Ayşən İmanova/Banco.az

Amerikalı sahibkar İlon Mask San-Fransiskodakı “X” şirkətinin (keçmiş Twitter) ofisini bağlamaq planlarını təsdiqləyib.

Banco.az xəbər verir ki, bu barədə o “X” səhifəsində yazıb.

Mask şəhərin yüksək biznes vergilərinə işarə edərək, "Başqa seçim yoxdur. Hər şeyin pulunu ödəsən, San-Fransiskoda işləmək mümkün deyil. Buna görə “Stripe”, “Block” (CashApp) və digər şirkətlər köçmək məcburiyyətində qaldılar”, -deyə qeyd edib.

Bundan əvvəl “The New York Times” qəzeti şirkətin San-Fransiskodakı işçilərinə Kaliforniyanın başqa bir şəhəri olan San Xoseyə köçmək əmri barədə məlumat vermişdi. Qəzet, həmçinin Kaliforniyada yerləşən Palo Altoda yeni “X” ofisinin tezliklə açılacağını və burada Maskın süni intellekt startapı “xAI”nın da yerləşəcəyini bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et