Martda əməkhaqqı kartlarının azalması işçi ixtisarına işarə edir | Banco.az

Martda əməkhaqqı kartlarının azalması işçi ixtisarına işarə edir

2020-ci ilin Mart ayının sonunda Azərbaycanda cəmi ödəniş kartlarının sayı 7 milyon 855 min ədəd təşkil edib.

Mərkəzi Bankın statistikasına istinadən xəbər verilir ki, Fevral ayının sonu ilə müqayisədə Martda cəmi ödəniş kartlarının sayı 23 min ədəd artıb. O cümlədən, Martda sosial kartlar 31 min ədəd artaraq 2 milyon 754 ədədə, kredit kartları isə 40 min ədəd artaraq 930 min ədədə yüksəlib. Əməkhaqqı kartları 13 min ədəd azalaraq 2 milyon 334 min ədədə, əməkhaqqı və sosial kart olmayan digər debet kartları 35 min ədəd azalaraq 1 milyon 837 min ədədə düşüb.

Martda əməkhaqqı kartlarının azalması koronavirusa görə şirkətlərin işçi ixtisarına işarə edir. Aprel ayında ixtisarın daha yüksək sayda olduğu ehtimal edilir.

marja

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et