Çoxlarımız marketinqi sevirik, çünki gündəlik həyatımızın bir hissəsidir. Bəlkə də fərqinə varmadığımız bəzi hadisələr, də, seçimlər də marketinqin nəticəsidir. Əgər siz özünüzü marketinq sahəsində görmək və inkişaf etmək istəyirsizsə, o zaman bu məqaləm sırf sizin üçündür. Marketinq nədən başlayır sualını versəniz, mən deyərəm ki, marketinq öyrənməkdən, araşdırmaqdan başlayır. Və bunun üçün də siz marketinqin əsaslarını və dünyada istifadə olunan qaydaları, terminləri bilməlisiniz.
Sizi inandırım ki, bir çox marketinq rəhbərlərinin marketinqin M-indən xəbərləri yoxdur. Əgər siz onlardan fərqli olmaq istəyirsizsə, o zaman bu terminləri bilməlisiniz və bu məqalə, bu yazını çap edib həmişə yaxınlıqda saxlamalısınız. Bilirəm məqaləni oxuyandan sonra mənə bu araşdırmanı etdiyim, çəkdiyim əziyyət üçün təşəkkür etmək istəyəcəksiz ( çox təvazökar oldu ) Amma buna ehtiyac yoxdur! Mən bu işi sevdiyim üçün bunları sizinlə paylaşıram və paylaşacam. Siz isə əgər bəyənsəniz, sadəcə məqaləni paylaşın ki, daha çox insan öyrənsin və faydalansın.
Terminlər həm ümumi marketinq həm də internet marketinqə adi olacaq. Başlayaq.
- ATL – (above the line) – marketinqdə birbaşa reklamı ifadə edir.
- BTL (Below the line) – birbaşa olmayan reklamı ifadə edir.
- CRM ( Customer Relationships Marketing) – Müştəri xidmətləri sisteminin təşkili
- Average price – məhsulun orta qiyməti
- Brand awareness – brendin məşhurluğu, tanınma səviyyəsi
- Brand penetration – brendin bazara və ya seqmentdə varlıq səviyyəsi
- Brand perception – brendin istehlakçılar tərəfindən qəbul edilmə səviyyəsi
- Brand research – məhsul araşdırması
- Consumers loyalty – müştəri loyallığı, daimi müştəri
- Consumer research – istehlakçı araşdırması
- Customer satisfaction research – müştəri ehtiyacları və müştərinin məhsuldan razılıq səviyyəsinin ölçülməsi analizi
- Initial brand awareness – məhsul haqda ilkin tanınma biliyi
- GWP (gift with purchase) – alınan məhsula görə verilən hədiyyə
- HoReCa – hotels, restaurants, cafe – reklam aksiyalarında insanların istirahət yerlərinə görə fərqləndirmə
- Market modeling and segmentation – bazarın ölçüsü və müştəri seqmentlərinə görə bölgüsü
- Market share (volume, value) – bazar payı, həcmi
- Minimum, maximum price – minimum, maksimum qiymət
- Product test – məhsulun testi yoxlanması
- Packaging test – qablaşmanın yoxlanması
- Pricing research – məhsulun qiymətinin araşdırması
- Product life cycle – məhsulun yaşam dövrü
- POP (point of purchase) – müştərinin məhsulu aldığı yer
- POS (point of sales) – satış nöqtəsi, yeri.
- Research in new product development – yeni məhsulların yaradılması araşdırması
- Sales volume – satış həcmi, göstəriciləri
- Selling area – satış sahəsi, reqionu
- Stock levels (store size) – anbar səviyyəsi, həcmi
- Stock in selling area – satış sahəsində mal qalığı
- Brif – reklam biznesində reklamın hazırlanması və təqdim olunması üçün hazırlnanan texniki tapşırıq.
- Demarketinq – qiyməti qaldırmaq və xərcləri azaltmaqla məhsula olan tələbatı azaltmaq tədbirləri. Əsasən luks mallarda istifadə olunur.
- Direkt mail – müştərinin emailina birbaşa məhsul haqqında reklam materialının göndərilməsi
- Hannibalizm -bir istehsalçının iki məhsulu arasındakı rəqabət. Burada eyni istehsalçının bir məhsulu digər məhsulu “yeyir”. Müştəri şirkətin yeni çıxan məhsuluna köhnədən daha çox diqqət edir və köhnə məhsul payını itirir.
- Rəqabət üstünlüyü ( competitive advantage) – məhsulun və ya markanı digər rəqiblərindən fərqləndirən və ona üstünlük verən xüsusiyyət
- Merçandayzinq (merchandising) – malın, xidmətin, markanın və ya qablaşdırmanın tanıtımı və satışı üçün təşkil olunan kompleks tədbirlər.
- Remarketinq – məhsula və ya xidmətə tələbatın azalması nəticəsində onun reklam və digər yollarla “canlandırılması” yolları
- Respondent – sorğularda iştirak edən şəxslər
- Bazar seqmenti – eyni xüsusiyyətlərə parametrlərə malik qrupları cəmləyən bazarın hissəsi, seqmenti
- Sampling – müştəri məhsulun özünün və ya test variantının təqdim edilərək reklam olunması
- Əvəzedici məhsul – eyni funksiyanı icra edən lakin fərqli xüsusiyyət və parametrə malik məhsul
- USP (Unique selling proposition) – unikal məhsul satışı təklifi
- Trade marketing – distribusiya zəncirində iştirak edənlərin effektivliyini artırmaq üçün görülən tədbirlər planı
- Benchmarking – Öz xidmətlərinin effektivliyini artırmaq üçün sahədə olan rəqiblərin texnoloji və digər üstünlüklərini araşdıraraq özündə tətbiq etmək mexanizmi.
- Competitor analysis – rəqiblərin araşdırılması
- Copywriting – Kopiraytinq. Reklam materiallarının mətninin yazılması
- Ambient media – qeyri standard reklam daşıyıcıları. Misal üçün dayanacaqda olan skamyalar və s.
- CPC – cost per click – reklamın effektivliyini ölçən göstərici “bir klikin qiyməti”
- KPI – key performance indicators – fəalliyyətin effektivliyini ölçmək üçün vasitə
- Product placement – brendin, məhsulun loqosunu, adını və digər atributunu kino, serial, veriliş, oyun və s-lərdə yerləşdirilməsi
- Product sitting – İstehsalçı məhsulu kütləvi təqdimetmədən öncə bpyük fikir sahibi olan şəxsə yoxlama məqsədilə təqdim edir və daha sonra kütləvi paylaşım edir.
- Swot analiz – şirkətin güclü və zəif tərəflərinin, imkanlarının və təhlükələrin araşdırılması
- Vendor – özü istehsal edən və çatdıran xidmət göstərən şirkət
- Cross selling – məhsul-dan əlavə olaraq digər məhsulun çarpaz satışın təşkili
- Feedback – məhsul və ya xidmət haqqında rəylərin verilməsi, geri dönüş fikirləri
- Telemarketinq – telefon vasitəsilə məhsul satışının təşkili
- Storytelling – məhsul haqqında hekayələr yaratmaqla brendin təqdimatı
- Restyling – məhsulun görünüşünün dəyişdirilməsi
- ROİ – return on investment – investisiyaların geri dönüşü göstəricisi
- B2B – korporativ satışlar. şirkətin şirkətə satış etməsi
- B2c – şirkətin müştəriyə şəxslərə satış etməsi
- CTA ( call to action) – hərəkətə çağırış. Reklamda müştərini hərəkətə keçməyə. məhsulu almağa sövq edən materialın çağırışın olması
Ümid edirəm bu məqalədə yeni nələrisə öyrəndiniz və ya biliklərinizi təkrarladınız.
Faydalı olmaq ümidilə,