Dünya bazarlarında neft ucuzlaşıb | Banco.az

Dünya bazarlarında neft ucuzlaşıb

Müəllif:Mehin Qasımova,Banco.az

Neftin qiymətləri ardıcıl üç seans ucuzlaşdıqdan sonra çərşənbə günü səhər ucuzlaşmaqda davam edib.

Banco.az xəbər verir ki, Londonun ICE Futures Exchange birjasında Brent markalı neftin dekabr fyuçerslərinin qiyməti bir barel üçün 0,13 dollar (0,2%) ucuzlaşaraq 64,27 dollar olub. Çərşənbə axşamı müqavilənin qiyməti 1,22 dollar (1,9%) azalaraq 64,40 dollar/barel olub.

Nyu-York əmtəə birjasında (NYMEX) dekabr fyuçersləri elektron ticarətdə 0,13 dollar (0,22%) ucuzlaşaraq 60,02 dollar/barelə bərabər olub. Əvvəlki sessiyada bu müqavilələr 1,16 dollar (1,9%) ucuzlaşaraq 60,15 dollar/barel olub.

İnvestorlar ötən həftə Rusiyanın ən böyük neft şirkətlərinə qarşı sanksiyaların  tətbiqindən sonra bazarda tələb və təklif balansını qiymətləndirirlər .

OPEC+-ın dekabrda növbəti hasilat artımına meyl etməsi ilə bağlı mətbuatda çıxan xəbərlər qiymətlərə təzyiq göstərir. Bloomberg xəbər verir ki, dekabr ayından başlayaraq sutkada 137 min barel kvota artımı OPEC+ üzvü olan səkkiz ölkənin nazirlərinin noyabrın 2-də keçiriləcək iclasında müzakirə etdikləri əsas ssenari olacaq.