Manatla qoyulan əmanətlər artıb | Banco.az

Manatla qoyulan əmanətlər artıb

Depozitlər həm fiziki, həm hüquqi şəxslərin bankda saxladıqları pul vəsaitləridir. Bu şəxslər bankda pul saxlamaqla həm faiz gəlirləri əldə edir, həm də öz pullarını risklərdən (itki, oğurluq və s.) qoruyurlar. Banklar özləri isə həmin əmanətlərlə kredit verərək gəlir qazanırlar. 

Mərkəzi Bankın statistikasına əsasən banklara qoyulan əmanətlər ildən-ilə artmaqdadır. Bu artım, həmçinin banklara olan inamın da artdığının göstəricisidir.

Əmanətləri manat və xarici valyutaya ayırsaq, manatla qoyulan əmanətlər sürətlə artaraq 2010-cu ildən xarici valyutada olan əmanətləri üstələmişdir. Hətta 2014-cu ildə manat əmanətləri xarici valyutada qoyulan əmanətlərdən demək olar ki, 2 dəfə çox idi. Lakin bu artım 2015-ci ilin devalvasiyasına qədər davam edə bilmişdir. Manatın məzənnəsinin dollar qarşısında enməsi devalvasiyadan 1 il sonrakı göstəricilərdə özünü kəskin göstərmişdir. Belə ki, xarici valyutada olan əmanətlərin həcmi artıq manatla olan əmanətlərdən 3 dəfə çox idi. Bunlar arasındakı nisbət azalsa da, hələ də xarici valyuta diqqət mərkəzində olaraq qalmaqdadır (Qrafikdə 2005-ci ildən 2019-cu ilədək bütün illərin I yarımillik göstəriciləri əks olunmuşdur).

Ən sərfəli kredit üçün müraciət et

Tərlan Qəhrəmanova, Banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et