Maliyyə “piramidalari”, ajiotajlar və bumlar | Banco.az

Maliyyə “piramidalari”, ajiotajlar və bumlar

“Zəncirboyu məktublar”, “piramidal sxemlər”, “Pontsi maliyyələri, ajiotajlar və “qovuqlar” bir çox məqamlarda üst-üstə düşən terminləri ifadə edir.

Bu terminlərin oxşarlığı ondadır ki, aktivlərin bugünkü qiymətləri aktivlərin uzaq perspektivdəki qiymətləri ilə müvafiq gəlmir. Pontsi sxemləri, bir qayda olaraq, aylıq faiz ödənişlərini 30-40-50% olacağı vədlərinə əsaslanır. Belə sxemləri işləyib hazırlayan işbazlar adətən, pul qazanmanın ifrat yüksək gəlirlər gətirəcək yeni sirli formulunu kəşf etdiklərini iddia edirlər. İlk bir neçə ay ərzində onlar söz verdikləri faizləri, həmin yüksək faizlər vədi ilə cəlb edilən əmanətçilərin vəsaitləri hesabına ödəyirlər. Lakin 4-6 ayın tamamında yeni əmanət- çilərdən daxil olan vəsaitin həcmi həmin əmanətçilərə söz verilmiş ödənişlər üçün tələb olunan miqdardan az olduğundan, həmin işbazlar məhkəməyə cəlb olunur və ya vaxtında harasa uzağa, məsələn, Braziliyaya qaçıb gizlənirlər.

“Zəncirboyu məktublar” piramida qurumunun müəyyən formasını təşkil edir. Proses ondan ibarətdir ki, hər hansı şəxs piramida yaradıcısının adına 1$ (10$ və ya 100$) göndərmək və eləcə də 5 ğün ərzində 5 dostuna və ya tanışına analoği məktub göndərmək xahişi ilə məktub alır. Bütün şərtləri yerinə yetirən kəs otuz gün ərzində hər “qoyulan“1$-a görə 64$ almalıdır. Bum fərz edir: bir qayda olaraq, daşınmaz əmlak və qiymətli kağızlar aktivlərinin alınması investisiya etmək məqsədi deyil, daha yüksək qiymətə satmaq məqsədi daşıyır. “Daha böyük axmaq” ifadəsi əvvəl alınmış səhm, mənzil və ya beysbol kartını satın ala biləcək alıcını işarə etmək üçün istifadə olunurdu.

“Ajiotaj” termini çox zaman qiymət artımı və satış həcminin geniş- lənməsi ilə müşayət olunan divanə çılğınlığı ilə satınalma modelini təsvir etmək üçün istifadə olunur. Bu zaman adamlar sonrakı qiymət artımını gözləməklə aktivləri əldə etməyə can atırlar. Qeyd etmək lazımdır ki, “bum” termini qiymət artımı dayanan kimi praktiki olaraq onun ardınca qiymətlərin enməsi mərhələsi gələcəyinə işarə edir.

Ən sərfəli kredit üçün müraciət et

“Zəncirboyu məktublar”“piramida”, bir qayda olaraq, makroiqtisadi nəticələrə gətirmir və onlara iqtisadiyyatın təcrid olunmuş ayrı-ayrı 25 seqmentləri cəlb olunmuş olur. Bu sxemlər gəlirin oyuna əvvəl başlamışların xeyrinə bölünməsinə əsaslanır. Qiymət bumu zamanı çox zaman iqtisadi eyforiya və xərclərin, istər biznes, istərsə də xüsusi şəxslərin xərclərinin artımı ilə assosiasiya olunur, çünki gələcək işıqlı görünür, ən azı o məqama qədər ki, qiymət bumu dövründə şişirdilmiş “qovuq” qəfil partlamış olsun. Mahiyyət etibarılə, hər bir ajiotaj iqtisadi ekspansiya ilə bağlıdır, lakin iqtisadi artım heç də həmişə ajiotajla assosiasiya edilmir. Bununla belə, bu iki hadisə arasında paralellər kifayət qədər tez-tez yaranır və birtipli xarakter daşıyır ki, bu da onların tədqiqinin bərpasına əsasdır.

Bəzi iqtisadçılar “bum” termininin istifadəsinin əsaslandırılmış olması nöqteyi-nəzərini rədd edirlər. Çünki irrasional hərəkət tərzini nəzərdə tutur, bu isə həqiqətə oxşamır və az ehtimal olunandır. Bunun əvə- zinə onlar daşınmaz əmlak və səhmlərin sürətli qiymət artımını iqtisadi prinsip və qaydalardakı dəyişikliklərlə müfafiq gələn terminologiyadan istifadə edərək izah etməyə çalışırlar. Beləliklə, 1990-cı ildə NASDAQ bazarında yüksək texnoloji kompaniyaların səhmlərinin qiymətlərinin artımının səbəbi, investorların Microsoft, İntel, Cisco, Dell və Amgen kompaniyalarının müvəffəqiyyətini təkrar edə biləcək kompaniyaların səhmlərini əldə etmək cəhdi ilə bağlı idi.