19 may 2020-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin AZ0105009788 ISIN-li, 20 mln. manat həcmində, 728 gün tədavül müddətli dövlət ortamüddətli istiqrazlarının (DOİ) yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Hərrac zamanı 19 investor tərəfindən qiyməti intervalı 88.0000 AZN (18.4441%) və 100.1754 AZN (10.9000%) olan 25 sifariş təqdim edilmişdir.
Maliyyə Nazirliyinin qərarına əsasən istiqrazların kəsmə qiyməti 100.0000 AZN (11.0000%), orta ölçülmüş qiyməti 100.0157 (10.9910%) müəyyən edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 62,349,800.00 AZN yerləşdirilmiş həcmi isə 20 mln. manat təşkil edilmişdir.
İstiqrazların ödəmə tarixi 17 may 2022-ci il.
Hərrac iştirakçıları 20 may 2020-ci il (T+1) tarixinədək istiqrazların alışı üzrə öhdəliklərini icra etməlidirlər.
Bizi sosial şəbəkələrdən izləyin!!