Müəllif: Gülnar Əhmədli, Banco.az
Bakı Fond Birjasında sentyabrın 5-i Maliyyə Nazirliyinin Kuponlu, Dövlət Ortamüddətli İstiqrazları (DOİ) üzrə hərrac keçiriləcək.
Banco.az Birjaya istinadən xəbər verir ki, hərrac zamanı sifarişlərin toplanması BFB-nin ticarət reqlamentinə uyğun olaraq saat 10:00-dan 11:00-dək təşkil olunacaq.
İstiqrazların buraxılış parametrləri isə aşağıdakı kimidir:
Dövlət istiqrazının növü: Kuponlu, ortamüddətli dövlət istiqrazları
Qiymətli kağızın ISIN kodu: AZ0201040224
Emissiya həcmi: 65 000 000 manat
Nominal dəyəri: 100 manat
İstiqrazların tədavül müddəti: 728 gün
Faiz ödənişləri (olduqda): 5 mart 2024-cü il, 3 sentyabr 2024-cü il
4 mart 2025-ci il, 2 sentyabr 2025-ci il
Faiz gəliri: 6%
Ödəmə tarixi: 02.09.2025
Anderrayter: "PAŞA Kapital İŞ" QSC
Hərrac zamanı, qeyri-rəqabətli sifarişlərin istiqrazların buraxılışının 20%-dən artıq olmamaq şərti ilə qəbul edilməsinə icazə verilir.
Bundan əlavə, hərrac iştirakçıları tərəfindən istiqrazların alınması üçün verilən sifarişlərin həcmi Emitent tərəfindən hərraca çıxarılmış istiqrazların həcminin 20%-dən aşağı olduğu təqdirdə, Emitent bu sifarişləri qəbul etməyə bilər. Hərrac zamanı dövlət istiqrazlarına tələb təklifi üstələyəcəyi və qiymət Emitenti qane edəcəyi halda Emitent tərəfindən təklif edilən istiqrazların həcmi 50 faizədək artırıla bilər.
Bizi sosial şəbəkələrdən izləyin!!