Magistral qaz kəmərləri ilə 39806,9 milyon kub-metr qaz nəql edilib və əvvəlki ilə nisbətən 1,4 faiz artım müşahidə olunub.
Banco.az xəbər verir ki, qazın nəqlinin 54,8 faizi Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 21800,1 milyon kub-metr qaz ötüb.
2023-cü ilin yanvar-noyabr aylarında nəqliyyat dəhlizlərində daşınan yüklərin həcmi 29972,8 min ton olub. Yüklərin 13575,9 min tonu və ya 45,3 faizi dəmir yolu nəqliyyatı, 8578,2 min tonu və ya 28,6 faizi avtomobil nəqliyyatı, 7818,7 min tonu və ya 26,1 faizi dəniz nəqliyyatı ilə daşınıb.
Dəhlizlər vasitəsilə daşınan yüklərin 56,7 faizini və ya 16983,8 min tonunu tranzit yüklər təşkil edib.
Bizi sosial şəbəkələrdən izləyin!!