ABŞ enerji nəhənglərinin mənfəəti azalır | Banco.az

ABŞ enerji nəhənglərinin mənfəəti azalır

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ-ın enerji nəhəngi “Exxon Mobil”in birinci rübdəki mənfəəti illik bazda 6,2 faiz, ölkənin əsas neft istehsalçılarından biri olan “Chevron”un mənfəəti isə 36,4 faiz azalıb.

Banco.az xəbər verir ki, ABŞ-ın enerji nəhəngləri “Exxen Mobil” və “Chevron” 2025 maliyyə ilinin ilk rübünə dair zəif maliyyə nəticələri açıqlayıb. İki şirkətin də mənfəəti azalan neft qiymətləri səbəbilə ciddi şəkildə geriləyib.

Exxon Mobil:

  • Qazancı: 7,7 milyard dollar (2024-cü ilin ilk rübündə: 8,2 milyard dollar)

  • İllik azalma: %6,2

  • Hər səhmə düşən mənfəət: 1,76 dollar (2024: 2,06 dollar)

Chevron:

  • Qazancı: 3,5 milyard dollar (2024-cü ilin ilk rübündə: 5,5 milyard dollar)

  • İllik azalma: %36,4

  • Hər səhmə düşən mənfəət: 2 dollar (2024: 2,97 dollar)

  • Qeyd: "Chevron" səhm geri alım proqramının sürətini azaldacağını açıqlayıb.

Bu nəticələr qlobal enerji qiymətlərinin dalğalanmasının və tələb zəifliyinin enerji sektoruna necə təsir etdiyini açıq şəkildə ortaya qoyur.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram