ABŞ 2026-cı ildə hərbi xərclərini 1,01 trilyon dollara qədər artıracaq | Banco.az

ABŞ 2026-cı ildə hərbi xərclərini 1,01 trilyon dollara qədər artıracaq

ABŞ 2026-cı maliyyə ilində hərbi xərclərini 1,01 trilyon dollara çatdırmağı planlaşdırır.

Banco.az xəbər verir ki, bu Ağ Evin açıqladığı növbəti maliyyə ili üçün federal büdcə layihəsində öz əksini tapıb.

Vaşinqton 2025-ci maliyyə ili ilə müqayisədə müdafiə ayırmalarının həcmini 13,4% artırmaq niyyətindədir. “Hazırkı büdcə təklifi Amerikanın ordusunu yenidən qurmaq, çəkindirmə qabiliyyətini bərpa etməkdir,- Ağ Evin brifinq sənədlərində deyilir. Onlar bildirirlər ki, prioritetlərə “Hind və Sakit okean regionlarında Çin təcavüzünün qarşısının alınması” və “ABŞ hərbi-sənaye bazasının canlandırılması” daxildir. Amerika administrasiyası təklif edir ki, ABŞ Konqresi hərbi xərcləri artırmaqla, həmçinin “istənilən potensial düşməndən gələn raket təhdidlərini dəf etmək, hərbi gəmilərin inşasının miqyasını genişləndirmək, “kosmosda dominantlığı” təmin etmək, nüvə arsenalını modernləşdirməyə davam etmək və altıncı nəsil F-47 qırıcısını yaratmaq üçün “Qızıl Qübbə” raketdən müdafiə proqramının həyata keçirilməsi ilə də məşğul olsun. Bundan əlavə, ABŞ-ın icra hakimiyyəti hərbi maaşı 3,8% artırmaq istəyir.