Müəllif: Tamara Mustafayeva, Banco.az
Türkiyənin bank sektorunun xalis mənfəəti ilk üç ayda illik 35 faiz artıb.
Banco.az xəbər verir ki, Bankçılıq Tənzimləmə və Nəzarət Qurumunun (BDDK) açıqladığı məlumatlara görə, 2025-ci ilin mart ayında problemli kreditlərin ümumi nağd kreditlərdəki payı 1,93% olub. Halbuki bu göstərici 2024-cü ilin mart ayında 1,49% idi.
Digər əsas göstəricilər isə belədir:
-
Əsas kapitalın adekvatlıq əmsalı: 14% (2024 mart ayında bu göstərici 13% idi).
-
Kapital adekvatlığı standart nisbəti: 18%.
-
Ümumi aktivlər: 36,1 trilyon TL.
-
Ümumi kreditlər: 17,6 trilyon TL, halbuki 2024-cü ilin mart ayında bu göstərici 12,9 trilyon TL idi.
Bizi sosial şəbəkələrdən izləyin!!