Macarıstanda Aİ-nin sanksiyaları nəticəsində benzinin qiyməti bahalaşıb | Banco.az

Macarıstanda Aİ-nin sanksiyaları nəticəsində benzinin qiyməti bahalaşıb

Müəllif - Aida İsaq, Banco.az

Bir müddət əvvəl Macarıstanda benzin qiymətləri dövlət nəzarətinə götürülmüşdü. Lakin hazırda həmin məhdudiyyətlər aradan qaldırılıb.

Banco.az xəbər verir ki, buna səbəb isə Avropa İttifaqının Rusiyadan neft tədarükünə qarşı tətbiq etdiyi sanksiyalardır. Bu barədə ölkənin baş nazir aparatının rəhbəri Qergeli Quyaş məlumat verib. O, artıq benzin qiymətinə 480 forinti zəmanəti verə bilmədiklərini açıqlayıb. Eyni zamanda onun sözlərinə görə, Rusiyadan xam neftin tədarükünün qadağan edilməsi yanacaq idxalında fasilələrə səbəb olub.

Qeyd edək ki, Macarıstanın ən böyük neft-qaz şirkəti "MOL” Aİ-nin sanksiyaları nəticəsində  milli iqtisadiyyatı təmin etmək üçün kifayət qədər yanacağın olmadığını bildirib. Benzinin qiymətinə qoyulan məhdudiyyətlərin aradan qaldırılması inflyasiyanın artmasına səbəb olacağı da vurğulanıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

 

Ən sərfəli krediti almaq üçün müraciət et