Müəllif - Aida İsaq, Banco.az
Macarıstan Aİ-yə Şərqi Avropanın beş ölkəsində hazırda Ukrayna taxılının idxalı üçün tətbiq olunan məhdudiyyətləri 2023-cü ilin sonuna qədər uzatmağı təklif edib.
Banco.az xəbər verir ki, bu barədə Macarıstanın Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb. Məlumata görə, müvafiq tədbirlər planının taxılın biçin dövründə beş Şərqi Avropa ölkəsinə yüklənmədən Ukraynadan daşınmasını özündə ehtiva edir.
Qeyd edək ki, daha öncə Slovakiyanın kənd təsərrüfatı naziri Yozef Bires Avropa İttifaqının Ukrayna taxılının idxalına qoyulmuş qadağanın ya oktyabr ayına qədər, ya da bu ilin sonuna qədər uzadıla biləcəyini bildirib.
Bizi sosial şəbəkələrdən izləyin!!