“Lukoyl” neft emalı zavodunu Amerika şirkətinə satmaqdan imtina edib | Banco.az

“Lukoyl” neft emalı zavodunu Amerika şirkətinə satmaqdan imtina edib

Müəllif - Aida İsaq, Banco.az

Rusiyanın “Lukoyl” neft şirkəti Siciliyadakı neft emalı zavodunu Amerika investisiya təşkilatı "Crossbridge Energy Partners"ə satmaqdan imtina edib. 

Banco.az xəbər verir ki, Rusiya şirkəti qarşı tərəfin lazımi büdcəyə sahib olmadığını düşünür. Eyni zamanda ən böyük müstəqil neft treyderi olan "Vitol" "Crossbridge Energy"yə digər kreditorlardan fərqli olaraq əməliyyatın maliyyələşdirilməsi üçün daha sərfəli şərtlərlə kredit ayırmağı və öz xammalını Siciliya neft emalı zavoduna tədarük etməyə başlamağı təklif edib.

"Lukoyl" həmçinin zavodun satılması təklifinə risklərin daha çox olması səbəbindən həvəssiz yanaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et