Müəllif: Gülnar Əhmədli, Banco.az
2000-ci illərə qədər hesab edilirdi ki, bir dövlətin neft yataqları nə qədər çox olarsa, ölkə o qədər zəngindir. Halbuki dünya dəyişib, texnologiyalar inkişaf edib. Çünki artıq neft və neft məhsulları ilə işləyən mühərriklər əvəzinə, elektrik mühərrikləri və Litium batareyalarından söz edilir. Hal-hazırda insanlar elektrik avtomobilləri və elektrik istilik sistemləri kimi ekoloji cəhətdən təmiz cihazlara üstünlük verirlər. Bu yeni dövrə qədəm qoyduğumuz üçün də əsas məsələ batareyalar və akkumulyator texnologiyaları olur.
Gələcəkdə tələbin daha da artacağını nəzərə alaraq Amerika Birləşmiş Ştatları Geoloji Tədqiqat-ın (USGS) məlumatına əsasən, Litium ehtiyatlarına görə dünyanın ən zəngin ölkələrini təqdim edirik:
- Boliviya: 21 milyon ton
- Argentina: 20 milyon ton
- Çili: 11 milyon ton
- Avstraliya: 7,9 milyon ton
- Çin: 6,8 milyon ton
- Almaniya: 3,2 milyon ton
- Konqo (Kinşasa): 3 milyon ton
- Kanada: 2,9 milyon ton
- Meksika: 1,7 milyon ton
- Çexiya: 1,3 milyon ton
- Serbiya: 1,2 milyon ton
- Rusiya: 1 milyon ton
- Peru: 880.000 ton
- Mali: 840.000 ton
- Braziliya: 730.000 ton
- Zimbabve: 690.000 ton
- İspaniya: 320.000 ton
- Portuqaliya: 270.000 ton
- Namibiya: 230.000 ton
- Qana: 180.000 ton
- Finlandiya: 68.000 ton
- Avstriya: 60.000 ton
- Qazaxıstan: 50.000 ton
Bizi sosial şəbəkələrdən izləyin!!