LIBOR nədir? | Banco.az

LIBOR nədir?

LIBOR - London Interbank Offered Rate, yəni London Banklararası Satış Faiz nisbəti mənasını verir.

Bir bank, başqa bir bank və ya maliyyə təşkilatından müəyyən müddətə borc almaq istədiyində istifadə edilən faiz nisbətidir.

80-ci illərin əvvəlində, sayı getdikcə çoxalan banklar o vaxtlar Faiz dərəcəsi swapları, valyuta opsiyonları və forward əməliyyatlar vasitəsilə ticarət edirdi. Banklar bir standartlaşdırmanın lazım olduğunu düşünürdülər. 1984-ci ilin oktyabrında faiz dərəcəsi swapları üçün nisbətlər təyin olundu. Beləcə standartlaşdırma inkişaf edərək günümüzə qədər gəlib çatdı.

LİBOR- (London InterBank Offered Rate) gündəlik olaraq dərc edən Britaniya Bank Assosiasiyası (BBA) tərəfindən dərc edilir.

LIBOR –Britaniya Bank Assosiasiyası tərəfindən 10 əcnəbi valyutada, həmin faiz dərəcəsinin indeksinə daxil olan bankların (hər valyutaya görə 8-dən 20-yə qədər) sorğusu əsasında müəyyən edilir. Təxminən 150 trilyon dollar civarında maliyyə xidmətləri LİBOR dərəcəsinə bağlıdır.

Ən sərfəli kredit üçün müraciət et

Hər gün BBA (Birləşmiş Britaniya bankirlər Birliyi) 18 böyük bankaya bu sualı soruşaraq anket hazırlayır. Hansı faiz dərəcəsindən borc alırdınız?

Daha sonra dörd maksimum və dörd minimum dərəcə seçilir və onlar arasında banklararası kreditləşmə üçün ortaq faiz dərəcəsi müəyyən edilir.  Bəzi hesablamalar hazırlanıır və nəticələr təqribən London vaxtı ilə səhər saat 11.30 da açıqlanır. Bununla da banklar bir-birinə həmin valyutada hansı faiz dərəcəsi ilə borc verdiklərini xəbər verirlər.

2008-ci ildə Wall Street jurnalı, bankların bildirdikləri borc dərəcələrini daha az göstərdiklərini iddia etmişdi. Bu səbəblə 2008 böhranında sanki bank sistemi olduğundan daha güclüymüş kimi göstərilmişdi. Bu da LIBOR-un etibarlı olub olmadığı mübahisəsini başlatmışdı.

LIBOR, Amerika dolları, avro, Sterlinq, Yapon Yeni və İsveçrə frankı üçün hesablanır. Ən çox istifadə edilən LIBOR dərəcəsi 3 aylıq Amerika dollarıdır.