"Leobank"ın müştərilər tərəfindən həddsiz sevgi qazanmasının səbəbi nədir? | Banco.az

"Leobank"ın müştərilər tərəfindən həddsiz sevgi qazanmasının səbəbi nədir?

Müəllif - Aida İsaq, Banco.az

Ölkənin ən böyük banklarından olan "Unibank" daim öz müştərilərini yeniliklərlə sevindirir. Məhz bu kimi uğurlu layihələrin davamı olan "Leobank" kartları isə sektorda populyarlığını qorumağa davam edir. Belə ki, ödənişsiz formada təqdim olunan kart öz müştərilərinə növbəsiz, əlavə sənədlərsiz və komissiyasız formada 10 000 AZN-dək kreditdən yararlanmaq imkanı yaradır. Eyni zamanda "Leobank" kartları vasitəsi ilə müxtəlif obyektlərdə həyata keçirdiyiniz ödənişlər sayəsində 20 faizə qədər kəşbek qazanmaq mümkündür. 

Banco.az xəbər verir ki, "Unibank" KB-nin İdarə Heyətinin sədri Faiq Hüseynov "Leobank"la bağlı fikirlərini bölüşüb. O, müvafiq layihənin uğur qazanmasını müştəriyönümlü olması ilə əlaqələndirib.

"“Sənin bankın” konsepsiyasında araşdırma zaman iki mühüm aspektə diqqət etdik. Birinci - müştərilərin ehtiyac və istəkləri, ikinci isə bu ehtiyacların və istəklərin  bank məhsulları və xidmətləri çərçivəsində həlli. Azərbaycanda ilk dəfə olaraq «mobile-only» (filialsız bank) prinsipinə uyğun olaraq istifadəyə verilən Leobank da müştərilərin istəklərinə, tələblərinə, onların rahatlığına, müştəriyə seçim imkanı yaratmağa yönəlmiş bir layihədir. Leobank-a olan yüksək maraq, çox qısa müddətdə yüzminlərlə müştərinin seçiminə çevrilməsi, layihənin nə qədər müştəriyönümlü olduğunun göstəricisidir. Biz bu bir il ərzində müşahidə etdik ki, müştəri üçün məsafəli bank xidmətlərinin əlçatanlığını təmin edən Leobank mobil bankçılıq xidməti ölkə əhalisinin maliyyə xidmətlərinə marağının əhəmiyyətli dərəcədə artırılmasına xidmət edib. Bu gün Leobank kartlarının 80%-nin gündəlik aktiv kartlar olması da, layihənin müştəriyönümlülüyündən xəbər verir."

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et