LAYİHƏ RƏHBƏRİNİN VERMƏLİ OLDUĞU 20 SUAL | Banco.az

LAYİHƏ RƏHBƏRİNİN VERMƏLİ OLDUĞU 20 SUAL

Müəllif: Samir Kərimov - https://t.me/azeagile

İstənilən layihə rəhbərinin əsas bacarıqlarından biri düzgün sualları vermək və onlara aydın cavablar almaq bacarığıdır. Aydın şəkildə tərtib edilmiş suallar vermək və onlara eyni dərəcədə aydın, başa düşülən cavablar verməklə (almaqla) bir çox problemlərin qarşısını almaq olar.

Yeni bir layihəyə başlamaq istəyəndə tez alışırıq. Amma yadda saxlamaq lazımdır ki, iqtisadi cəhətdən qeyri-sabit dövrümüzdə hər bir layihə dəqiq ölçülə bilən əhəmiyyətli biznes faydaları gətirməlidir. Fayda həm vaxta, həm də pula qənaət, həm də şirkətin reputasiyasının qorunması (xilası) ola bilər. İstənilən halda gözlənilən məqsədlər (fayda, dəyər) sənədləşdirilməlidir. Bu, layihənin nə üçün lazım olduğunu bütün iştirakçılara aydın şəkildə izah edəcəkdir.

Layihə rəhbərinin verməli olduğu sualların standart siyahısı yoxdur. Lakin, layihə və ya şirkət növündən asılı olmayaraq layihə rəhbərinin verməli olduğu 20 ən yaxşı sual var:

  1.  Layihə biznesin hansı problemlərini həll etməlidir?
  2.  Layihə məqsədlərinə nail olduqda biznesə nə fayda veriləcək?
  3.  Layihə başlamadığı və ya uğursuz olduğu halda, şirkət üçün hansı mənfi nəticələr (maliyyə, reputasiya və s.) ola bilər?
  4.  Bu layihənin başqa, daha asan alternativləri varmı? Böyük maliyyə investisiyaları tələb etməyən hazır həllərin mövcudluğu.
  5.  Layihənin həyata keçirilməsinin mənfi cəhətləri varmı? Məsələn, işçilərin ixtisarı və s.
  6.  Layihənin inkişafına son məsuliyyət daşıyan əsas qərar verən şəxs kimdir? Rəhbərlikdən kiminsə bu cür vəzifəni öz üzərinə götürməsi vacibdir. Bu halda o, layihə rəhbəri olmamalıdır.
  7.  Layihəyə ayrılan resurslara (vaxt, insanlar, pul) görə kim cavabdehliyi daşıyır? Bütün resursları bölüşdürmək səlahiyyəti olan şəxs olmalıdır.
  8.  İlkin layihə tədqiqatından sonra layihənin növbəti mərhələyə keçib-keçməməsinə cavabdehliyi kimi daşıyır? Bəzən bu qərar layihə ilə bağlı fərqli fikirləri olan qrup tərəfindən verilir.
  9.  Yeni layihənin həyata keçirilməsi cari layihələrin reallaşdırılmasından asılıdırmı? Əgər belədirsə, digər layihələr haqqında tam məlumat lazımdır.
  10.  Məqsədlərin yerinə yetirildiyini və əldə edilən faydaları göstərən müvəffəqiyyət meyarları (kriteriya) hansılardır?
  11.  Layihənin reallaşdırmaq üçün yeni avadanlıq/məhsullar tələb olunacaqmı? Məsələn, yeni proqram təminatı.
  12.  Layihənin icrası üçün kadr dəyişikliyi (ixtisar və ya yeni işə qəbul) olacaqmı?
  13.  Mövcud işçi heyətin yeni biznes proseslərini öyrənmək üçün təlimə ehtiyacı olacaqmı?
  14.  Layihəyə hansı şəxslər, komandalar və ya şöbələr cəlb olunacaq?
  15.  Biznes tələblərinin sənədləşdirilməsinə kim cavabdeh olacaq?
  16.  Layihənin aralıq və bitmə tarixlərini kim müəyyən edəcək?
  17.  Büdcə gözlənilməz xərcləri nəzərdə tuturmu?
  18.  Layihənin hazırlanması mərhələsində yaranan müəyyən tələblərin daxil edilməsi və ya xaric edilməsi barədə qərarın verilməsinə kim cavabdeh olacaq?
  19.  Layihənin nəticələri sınaqdan keçiriləcəkmi (qiymətləndiriləcəkmi)? Kim tərəfindən?
  20.  Layihənin yekun təsdiqini kim edəcək?

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

İnstagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et