2025-ci ilin yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) Əmanətlərin Sığortalanması Fonduna (ADIF) verdiyi kreditlərin ümumi məbləği 163 milyon 945 min manat olub.
Banco.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu göstərici illik müqayisədə 24,3% və ya 52.5 milyon manat azdır.
Qeyd edilib ki, ADİF-ə verilmiş kreditlərə lisenziyası ləğv edilmiş və müvafiq məhkəmə qərarları əsasında müflis elan olunmuş banklarda fiziki şəxslərin qorunan əmanətlərinin qaytarılması üzrə kompensasiyaların ödənilməsi, bununla da maliyyə-bank sisteminin dayanıqlığını təmin etmək məqsədilə dövlət zəmanəti ilə verilmiş aşağı faizli kreditlər daxildir.