"PAŞA Bank" “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirib | Banco.az

"PAŞA Bank" “Talassemiyasız həyat naminə” devizi ilə qanvermə aksiyası keçirib

Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” Korporativ Sosial Məsuliyyət (KSM) strategiyası çərçivəsində növbəti dəfə ənənəvi könüllü qanvermə aksiyasını həyata keçirib. 

“Talassemiyasız həyat naminə” devizi ilə baş tutan aksiya 22 may 2025-ci il tarixində Səhiyyə Nazirliyi Milli Hematologiya və Transfuziologiya Mərkəzinin Mərkəzi Qan Bankı ilə əməkdaşlıq çərçivəsində təşkil olunub. 

qanverme aksiyasi

Aksiyanın əsas məqsədi cəmiyyətin diqqətini irsi qan xəstəliklərinə, xüsusilə də talassemiyaya yönəltmək, bu xəstəliklərlə mübarizə aparan insanlara dəstək göstərmək və ölkədə könüllü donor mədəniyyətini təşviq etmək olub. Qanvermə tədbiri "PAŞA Bank" ofisində keçirilib və bankın rəhbər heyəti ilə yanaşı, bir çox əməkdaş aksiyada könüllü donor kimi iştirak edərək sosial məsuliyyət nümunəsi göstəriblər. 

qanverme aksiyasiqanverme aksiyasi

“PAŞA Bank” gələcəkdə də bu kimi təşəbbüsləri davam etdirərək, sağlam və dayanıqlı cəmiyyətin qurulmasına töhfə vermək əzmindədir.