Bu il yanvarın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) aktivləri 36 milyard 519,931 milyon manat təşkil edib.
Banco.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-nə nisbətən 5 % çoxdur.
AMB-nin aktivlərinin 25 milyard 843,927 milyon manatını borc qiymətli kağızları (illik müqayisədə 4,5 % az), 8 milyard 588,695 milyon manatını pul vəsaitləri və onların ekvivalentləri (52,6 % çox), 1 milyard 129,358 milyon manatını isə Beynəlxalq Valyuta Fondu (IMF) ilə hesablaşmalar (6,5 % az) təşkil edib.
2024-cü ildə AMB-nin öhdəlikləri 3,9 % artaraq 34 milyard 522,896 milyon manat, o cümlədən dövriyyədə olan əskinaslarının və sikkələrinin dəyəri 0,8 % artaraq 17 milyard 449,091 milyon manat, kredit təşkilatları qarşısında öhdəlikləri 3,9 % azalaraq 6 milyard 265,219 milyon manat, hökumət idarələri qarşısında öhdəlikləri 2,1 artaraq 7 milyard 990,124 milyon manat, IMF ilə əməliyyatlar üzrə öhdəlikləri isə 3 % azalaraq 1 milyard 175,186 milyon manat olub.
İl ərzində qurumun balans kapitalı 28,5 % artaraq 1 milyard 997,035 milyon manata çatıb, nizamnamə kapitalı isə dəyişməyərək 500 milyon manat qalıb.