Kristin Laqard Avropada inflyasiyanın nəzarət altında olduğunu bəyan edib | Banco.az

Kristin Laqard Avropada inflyasiyanın nəzarət altında olduğunu bəyan edib

Müəllif: Tamara Mustafayeva, Banco.az

Kristin Laqard: “İnflyasiya nəzarət altındadır, faiz dərəcələrini endirə bilərik.”

Banco.az xəbər verir ki, Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard çərşənbə axşamı İrlandiyanın RTE One telekanalında yayımlanan televiziya müsahibəsində bir sıra dəyərləndirmələr edib.

O, istehlak qiymətlərindəki sürətli artımın hazırda böyük ölçüdə nəzarət altında olduğunu bildirərək gələn ay faiz endiriminin ola biləcəyini söyləyib.

“Mən həqiqətən əminəm ki, biz inflyasiyanı nəzarət altında saxlamışıq”, deyən Laqard, “Gələn il və ondan sonrakı il üçün proqnozlarımız həqiqətən hədəfə yaxındır və bəlkə də hədəfə çatır. Beləliklə, əminəm ki, biz nəzarət mərhələsinə keçmişik”, deyə əlavə edib.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, ötən ilin payızından bəri 4 faizlə rekord səviyyədə olan ECB depozit faizinin növbəti iclasda 25 baza bəndi  azaldılması gözlənilir.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et