Çinə birbaşa xarici investisiyalar dörd ayda 10,3 faiz azalıb | Banco.az

Çinə birbaşa xarici investisiyalar dörd ayda 10,3 faiz azalıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

Çinə birbaşa xarici investisiyalar dörd ayda 10,3 faiz azalıb.

Banco.az xəbər verir ki, Çin Ticarət Nazirliyinin açıqlamasına görə, 2026-cı ilin yanvar-aprel aylarında birbaşa xarici investisiyaların həcmi 287,7 milyard yuana (42,3 milyard dollar) çatıb.

İlin ilk dörd ayında istifadə olunan xarici sərmayənin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 10,3 faiz azalıb.

Birbaşa xarici investisiyalardakı azalma ilk rübdə qeydə alınan 7,3 faizlik geriləmə ilə müqayisədə daha da sürətlənib.

Bu dövrdə emal sənayesinə yönəldilən investisiyalar 78,9 milyard yuan (11,6 milyard dollar), xidmət sektoruna yatırılan investisiyalar isə 204,2 milyard yuan (30 milyard dollar) təşkil edib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram