“Əgər neftin qiyməti ucuzlaşarsa, faiz dərəcələrinin endirilməsi də baş verə bilər” | Banco.az

“Əgər neftin qiyməti ucuzlaşarsa, faiz dərəcələrinin endirilməsi də baş verə bilər”

Müəllif: Tamara Mustafayeva, Banco.az

“Əgər neftin qiyməti ucuzlaşarsa, faiz dərəcələrinin endirilməsi də baş verə bilər.”

Banco.az xəbər verir ki, ABŞ Prezidenti Donald Trampın Ağ Evdəki baş iqtisadi müşaviri Kevin Hassett bildirib ki, neft qiymətlərində mümkün ucuzlaşma ABŞ Federal Ehtiyat Sisteminin faiz endirimləri üçün imkan yaradacaq.

Kevin Hassett “Fox News”a açıqlamasında qeyd edib ki, İranla razılıq əldə olunacağı təqdirdə enerji qiymətlərinin aşağı düşəcəyini gözləyirlər. Donald Tramp da sosial şəbəkədə etdiyi paylaşımda Tehranla aparılan danışıqların “nizamlı və konstruktiv şəkildə irəlilədiyini” bildirib.

Hassett deyib: “Razılaşma əldə olunan kimi enerji qiymətlərinin kəskin şəkildə ucuzlaşacağını gözləyirik. Bu baş verdikdə Federal Ehtiyat Sisteminin daha aşağı faiz dərəcələri ilə düzgün addımlar atması üçün geniş imkan yaranacaq”.

Federal Ehtiyat Sisteminin müstəqilliyinə hörmətlə yanaşdığını vurğulayan Hassett cümə günü vəzifəyə başlayan Federal Ehtiyat Sisteminin sədri Kevin Uarş haqqında da yüksək fikirlər səsləndirib. Donald Tramp isə Uarşın “tamamilə müstəqil” olmasını və “qərarlarını özü verməsini” istədiyini bildirib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram