Bu il Azərbaycanda geyim istehsalı 5%-dən çox artıb | Banco.az

Bu il Azərbaycanda geyim istehsalı 5%-dən çox artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycanda bu ilin yanvar-aprel aylarında geyim istehsalı artıb. Belə ki, ötən ay 40,4 milyon manat dəyərində geyim istehsal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

2025-cü ilin yanvar-aprel ayları ilə müqayisədə geyim istehsalında 5,2% artım müşahidə olunub.

Həmçinin, bu dövrdə ölkədə toxuculuq sənayesi, geyim, dəri və dəridən məmulatların, ayaqqabıların istehsalı sahələrində 229,1 milyon manat dəyərində məhsul istehsal edilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram