Tamara Mustafayeva, Banco.az
Başda bitkoin olmaqla kriptovalyuta növlərinə maraq hər ötən gün daha da artmaqdadır. Hazırda dünya miqyasında kriptovalyuta biznesinə investisiya yatıranların sayı 300 milyonu üstələyib. 18 min müəssisə isə bu valyuta növləri ilə ödənişə imkan yaradıb.
Odur ki, gəlin dünya ölkələrindən hansılarının kriptovalyutalara daha çox maraq göstərdiyinə nəzər salaq.
1. Ukrayna
İnvestor sayı - 5,5 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 12,7%
2. Rusiya
İnvestor sayı - 17,4 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 11,9%
3. Venesuela
İnvestor sayı - 2,9 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 10,3%
4. Keniya
İnvestor sayı - 4,6 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 8,5%
5. ABŞ
İnvestor sayı - 27,5 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 8,3%
6. Hindistan
İnvestor sayı - 100,7 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 7,3%
7. Cənubi Afrika
İnvestor sayı - 4,2 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 7,1%
8. Nigeriya
İnvestor sayı - 13 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 6,3%
9. Kolumbiya
İnvestor sayı - 3,1 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 6,1%
10. Vyetnam
İnvestor sayı - 5,9 milyon
İnvestor sayının ölkə əhalisinin sayına nisbəti - 6,1%
Bizi sosial şəbəkələrdən izləyin!!