Kriptovalyuta aktivlərinə necə düzgün investisiya edilməlidir? | Banco.az

Kriptovalyuta aktivlərinə necə düzgün investisiya edilməlidir?

Müəllif:Gülbəniz Hüseynli/Banco.az

"Kriptovalyutalar kifayət qədər riskli aktivlər olsa belə faktiki olaraq hazırda ən gəlirli investisiya aləti statusunu özündə saxlayır".

Banco.az xəbər verir ki, bu sözləri kriptovalyuta üzrə ekspert Elnur Quliyev deyib. O bildirib ki, bir çoxları kriptovalyutaların xüsusiyyətlərini, tətbiq imkanlarını, təhlükəsiz saxlama formalarını bilmədən investisiya etməyi qərara alırlar:

"Təcrübə onu göstərir ki, yaşı 35-dək olan investorların əksəriyyəti qısa müddətdə daha çox qazanmaq üçün nisbətən riskli aktivlər olan kriptovalyutalara investisiya etməyi üstün tuturlar. Hətta bəzi investorlar hesab edir ki, kriptovalyutalarn qiyməti ancaq artan temp üzrə gedir və ya daim belə olacaq. Lakin təcrübə göstərdi ki, qətiyyən belə deyil. Kriptovalyuta bazarında qiymətlərin dəyişməsi müxtəlif fundamental faktorlardan aslıdır. Bu səbəbdən qiymətə təsir edən faktorları analiz edərkən səbrli və soyuqqanlı olmaq lazımdır. Qiymətin düşdüyü zaman tələsik qərar verib investisiyanı cıxarmaq və ya qiymətlərin artdığı vaxt əlavə investisiya etməyə tələsməyin".

Ən sərfəli kredit üçün müraciət et

Elnur Quliyev qeyd edib ki, əgər iqtisadi-texniki bilikləriniz, maliyyə bazarlarının iş prinsipi ilə bağlı məlumatlarınız kifayət qədər deyilsə, yaxşı olardı ki,  kriptovalyutalara itirməyi gözə aldığınız məbləğdə investisiya edilsin:
 

"Bu sektorda daha təcrübəli olan ekspert və ya real kripto-investorlarla məsləhətləşin. Rəqəmsal aktivlərlə bağlı araşdırma, təlim və konsultasiyayalara pul xərcləməkdən qorxmayın. Öyrənin! Çünki bilgisizlik sizə daha sonra baha başa gələcək. Hazırda sosial şəbəkələrdə kripto təlim reklamları kifayət qədər çoxalıb.

Təlimi seçərkən mütləq şəkildə təlim təklif edən şirkəti, təlimçinin təhsili, maliyyə və ya İT sahəsində iş təcrübəsinin olmasını, hazırda hansı real proyektdə çalışması barədə araşdırın. Kriptovalyuta sektorunda hər gün yüzlərlə yeni kripto layihələr təqdim olunur və onları analiz etmək üçün sizin ən azı bu sektor üzrə fundamental bilikləriniz olmalıdır".

Ən sərfəli krediti almaq üçün müraciət et