"Kreditlərin faiz dərəcəsində biznesin təklifləri nəzərə alınacaq" | Banco.az

"Kreditlərin faiz dərəcəsində biznesin təklifləri nəzərə alınacaq"

Bankların biznes kredirləri üzrə faiz dərəcəsi müzakirə olunur.

Bunu   Azərbaycan Banklar Assosasiyasının (ABA) sədri Zakir Nuriyev deyib:

"Hazırda biz Sahibkarlığın İnkişaf Fondu, İpoteka və Zəmanət Fondu, eyni zamanda Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları ilə birlikdə müştərilərin mümkün qədər tələblərinin ödənilməsi, biznes modelinə uyğun bizə gələn təkliflərin risk dərəcələrini dəyərləndirməklə kreditlərin uyğun faizlə verilməsini təmin etməyə çalışırıq".

O bildirib ki, kredit-faiz dərəcələrini şərtləndirən əsas cəhət banklar tərəfindən cəlb olunan vəsaitlərin faiz dərəcələri və bazarda olan risk dərəcəsinə uyğun olaraq müəyyənləşdirilməsidir. "Bu istiqamətdə işlərimiz davam edir. Ümid edirəm ki, bizə yönələn təkliflərin biznes modelinə uyğun olaraq maliyyələşdirilməsini təmin edə biləcəyik"- deyə ABA sədri əlavə edib. 

Ən sərfəli kredit üçün müraciət et

APA

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram